Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı Şəhər İcra Hakimiyyəti 3,8 milyon manatlıq abadlıq işləri aparacaq

Baxış: 554


Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtda məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin, eləcə də dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının, inzibati binasının əsaslı təmir-bərpa işlərinin davam etdirilməsinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Sahibkartv.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Xezer-Construction", "Creat Company" MMC-lər və "Cronos" Mənzil-Tikinti Kooperatividir.
Qalib şirkətlərə müvafiq olaraq 2 milyon 510,7 min manat, 285,6 min manat və 980,9 min manat, ümumilikdə isə 3 milyon 777,2 min manat ödəniləcək

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.