İstiqraz gəlirlərinin artması qlobal bazarlarda risk iştahını azaldaraq kriptovalyuta bazarında qiymətləri də aşağı salıb. Bitcoin-in qiyməti yenidən 30 min dollardan aşağı düşüb.
Sahibkartv.az xəbər verir ki, ən böyük kriptovalyuta olan Bitcoin 7,1 faiz ucuzlaşaraq 29 min 209 dolları test edib. Bu, mayın 30-dan bəri görülən ən aşağı səviyyədir.
Ethereum isə 7,3 faiz ucuzlaşaraq 1725 dollara geriləyib. Avalance təxminən 9,3 faiz aşağı düşüb.
Analitiklər bildirir ki, yuxarı bir "katalizator" olmasa, cari əhval-ruhiyyənin davam edəcəyi ehtimalı var.




































