Day, Month 00, Year
00: 00: 00 AM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR
Avrozonada yüksəlməkdə davam edən inflyasiya göstəriciləri fonunda faiz artımı ehtimallarının artması EUR/USD məzənnəsinin də bahalaşmasına səbəb olmaqdadır.
Təhlillərə əsasən, cütlüyün qiyməti 1,07 ABŞ dolları üzərində möhkəmlənərsə, 1,09 ABŞ dollara kimi dəyər qazanmaqda davam edə bilər.
GBP
GBP/USD məzənnəsində isə üfüqi dalğalanma diqqət çəkir. Əgər 1,25 ABŞ dolları üzərinə yüksələrsə, funt sterlinq bahalaşmaqda davam edə bilər.
Bununla yanaşı, çərşənbə axşamı İngiltərədə biznes aktivliyi indekslərinin dərci də investorların diqqət mərkəzində olacaqdır. Həmçinin cümə axşamı keçiriləcək Avropa Mərkəzi Bankının toplantısı da maraqla gözlənilir.
TRY
USD/TRY məzənnəsində qiymət 16,50 TL həddini qırarsa, artım tendensiyası güclənə bilər.
OIL
Enerji bazarlarında neftin qiymətində bahalaşma dalğası 128 ABŞ dollara kimi davam edə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında qızılın 1 830 ABŞ dolları və 1 860 ABŞ dolları koridorunda üfüqi dalğalandığı müşahidə edilir. Təhlillərə əsasən, 1 860 ABŞ dolları həddi qırılarsa bir unsiya üzrə qiymət 1 902 ABŞ dollara (61,15 $/qram) kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Tarix: 6-06-2022, 12:45 Oxunub: 189


Bölməyə aid digər xəbərlər
31-01-2022, 10:57 Birjalarda son vəziyyət