Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda son 14 ildə 3 061 subartezian quyusu qazılıb, 4 su anbarı tikilib

Baxış: 282

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilib.
“Sahibkartv.az”ın məlumatına görə, bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov deyib.
Onun sözlərinə görə, bütün maliyyə mənbələri hesabına 2004-2021-ci illərdə 4,6 min km uzunluğunda suvarma kanallarının, 3,4 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 483 min ha sahədə torpaqların su təminatının və 307 min ha sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 204 min ha yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib:
“Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 203 km muhafizə tədbirləri həyata keçirilib, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 3061 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkir-çay, Tovuzçay, Göytəpə) tikilib, eləcə də ümumi sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir-bərpa edilib”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.