"Xəzər regionunun karbohidrogen ehtiyatları, bu region üzərindən dünyaya açılan dəhliz, ixrac gücləri, neft təchizatı, heç də Fars körfəzinin enerji ehtiyatlarından və bu körfəzdən dünyaya açılan enerji-nəqliyyat dəhlizlərindən geri qalmır".
Bu barədə “Sahibkartv.az”a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.
“1991-ci ildən Xəzər regionunun karbohidrogen ehtiyatları daim dünyanın diqqət mərkəzində olub. Hazırda dünyada üç aparıcı enerji arteriyası mövcuddur. Birincisi Fars körfəzi ilə Asiya-Sakit Okean ölkələrini birləşdirən enerji-nəqliyyat dəhlizidir. Bu dəhliz vasitəsilə Asiya-Sakit Okean bazarlarına gün ərzində orta hesabla 14 milyon barel neft ixrac edilir. İkincisi Rusiya ilə Avropanı birləşdirən enerji arteriyasıdır. Bu arteriya üzərindən gün ərzində tək xam neft ixracı orta hesabla 2,5-2,6 milyon bareldir. Üçüncü enerji arteriyası Kanada ilə ABŞ-ın neft emalı zavodlarıdır. Kanada ilə ABŞ-ı birləşdirən bu neft təsisatlarının gündəlik ixrac imkanları 4 milyon barelə yaxındır. Xəzər regionu isə öz ehtiyatları və ixrac imkanlarının perspektivi ilə heç də Fars körfəzindən geri qalmır. Azərbaycanın formalaşdırdığı ixrac gücləri digər sadaladığım ölkələrin ixrac güclərindən zəif deyil. Əksinə biz təchizatçı dövlət olaraq öz neft təsisatlarımız və ixrac güclərimiz vasitəsilə dünya bazarında süni qiymət artımına nail olmadan daim bazara müsbət siqnallar yönəldirik", - deyə o, qeyd edib.
Ekspert Azərbaycanın öz neft-qaz təsisatları və ixrac güclərininə görə, digər ölkələrdən fərqinə də toxunub: "Biz davamlı, dayanıqlı və təhlükəsiz tədarük imkanlarına malikik. Məsələn, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Qərb İxrac Boru Kəmərinin, Cənub Qaz dəhlizinin ixrac və tədarük imkanları digər ölkələrin neft və qaz ixrac gücləri və təsisatları ilə müqayisədə çox üstün mövqeyə malikdir. Bu il Ukraynada baş verən hadisələrdən sonra Mərkəzi Asiya ölkələrinin çoxu Azərbaycan üzərindən dünya bazarlarına çıxır. Qazaxıstan neftinin müəyyən bir hissəsi, Türkmənistanın neft və neft məhsullarının böyük hissəsi, neft-kimya məhsulları, karbomid, müxtəlif markalı politilen məhsulları, Özbəkistanın texniki kükürdü, karbomidi Azərbaycan üzərində dünya bazarlarına tədarük edilir. Bu isə o deməkdir ki, Azərbaycan yeni enerji-nəqliyyat dəhlizi rolunu qarşıdakı illərdə daha da artıracaq”.
Z.Vəliyev bu yaxınlarda keçirilən Bakı Enerji Həftəsi və Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin əhəmiyyətindən də danışıb: “Hazırda enerji bazarlarının yenidən qurulmasına, neft və qaz axın xəritəsinin yenidən cızılmasına start verilib. Dünyanın enerji təhlükəsizliyi üçün yeni mənbələrin tədqiqi, fəaliyyətdə olan ixrac güclərinin faydalı iş əmsalının, layihə gücünün artırılması məsələləri gündəmdədir. Əsrin kontraktı imzalanandan bəri Azərbaycanda enerji sahəsində müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərdə səsləndirilən fikirlər, yeni əməkdaşlıq platformaları, yeni əməkdaşlıq perspektivləri dünya enerji bazarlarına və qlobal enerji təhlükəsizliyinə daim müsbət siqnallar yönəldir. Bakıda keçirilən son tədbirin əhəmiyyəti qarşıdakı illərdə dünyanın enerji təhlükəsiziyinin təmin edilməsi baxımından öz təsirini göstərəcək. Bizim ixrac gücləri və təsisatlarımız qarşıdakı illərdə də öz cəlbediciliyini qoruyub saxlayacaq”.
Yanvarın 20-si hava necə olacaq?
18:11 / 18-01-2025
Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq
17:39 / 18-01-2025
Tanınmış blogerin əmlakına həbs qoyuldu
17:15 / 18-01-2025
Avtomobil məktəbliləri vurub, iki şagird ölüb - YENİLƏNİB
16:51 / 18-01-2025
Professordan meymunçiçəyi ilə xəbərdarlıq: "45 yaşdan aşağı şəxslər..."
16:45 / 18-01-2025
Rusiya üçün keçən fəlakətli gecə
16:30 / 18-01-2025
Tehranda terror: İki tanınmış hakim öldürülüb
16:14 / 18-01-2025
Suriyada ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq
16:00 / 18-01-2025
Paşinyan qorxu içindədir: zəhərləndiriləcəyi gündəmdədir - DETALLAR
15:29 / 18-01-2025
Hökümənin ailəsindən oğurlanan pullar qaytarıldı - Onlar tapıldı
15:27 / 18-01-2025
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Ekspert: "Azərbaycanın enerji-nəqliyyat dəhlizi kimi regionda rolu daha da artacaq
Bölməyə aid digər xəbərlər
Tarix: 4-06-2022, 11:22 Oxunub: 190
Bölməyə aid digər xəbərlər
16-05-2022, 12:22
Bakı Limanı: “Şimal dəhlizindən keçən yükün böyük bir həcmi mütəmadi olaraq Orta Dəhlizə yönələcək”
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
12-02-2022, 14:26
Türkiyə ilə İsrail arasında buzlar əriyir
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
28-11-2021, 11:16
İran Xəzər dənizindəki yataqları niyə istifadə etmir? - TƏHLİL
20-11-2021, 15:38
Neftin hansı qiyməti Azərbaycan büdcəsi üçün təhlükəli ola bilər? - ŞƏRH
28-09-2021, 14:12
BƏƏ və İran arasında ada böhranı - FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
16-07-2021, 12:36
Azərbaycan “BMT-nin Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda liderdir
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
26-04-2021, 11:24
İlham Əliyevdən Asiya və Sakit okean hövzəsi ölkələrinə ÇAĞIRIŞ
10-03-2021, 18:41
Azərbaycanda neft hasilatı kəskin artacaq - PROQNOZ
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO