Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ARDNF “Şahdəniz”dən gəlirlərini bir ildə 8,5 dəfə artırıb

Baxış: 280



Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 526,537 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Bu barədə "Sahibkartv.az"a Fonddan məlumat verilib.
Bildirilir ki, bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 464,361 milyon ABŞ dolları və ya 8,5 dəfə çoxdur.
Xatırladaq ki, 2021-ci ilin 5 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 62,176 milyon ABŞ dolları təşkil edib.
Bu ilin 5 ayı ərzində Dövlət Neft Fonduna daxil olan vəsaitlərin 144,522 milyon ABŞ dolları kondensatın payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,391 milyon ABŞ dolları və ya 2,53 dəfə çoxdur.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.