Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“OPEC plus”un mühüm neft qərarı açıqlandı - AZƏRBAYCAN DA DƏSTƏKLƏYİB

Baxış: 319


“OPEC plus”un iyulda gündəlik hasilatı 648 min barrel artırmaqla bağlı qərarı dəstəklənib.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 29-cu iclasında gündəlik neft hasilatının iyulda 648 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.  
Bu barədə sahibkartv.az-a Energetika Nazirliyindən bildirilib.
Qeyd edilib ki, iyul ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 10 min barrel artırılaraq 706 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 12 min barrel həcmində olması nəzərdə tutulur.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 30-cu iclasının 30 iyun tarixində keçirilməsi razılaşdırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.