Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Putin, Şolts və Makron qlobal ərzaq təhlükəsizliyini müzakirə edib

Baxış: 255


Putin, Şolts və Makron qlobal ərzaq təhlükəsizliyini müzakirə edib

Rusiya, Fransa və Almaniya liderlərinin telefon danışığı zamanı qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində vəziyyət ətraflı nəzərdən keçirilib.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin əsaslı şəkildə və konkret məlumatlar əsasında Qərb ölkələrinin yanlış iqtisadi və maliyyə siyasətinin, eləcə də onların tətbiq etdiyi anti-Rusiya sanksiyalarının nəticəsi olan ərzaq təminatındakı çətinliklərin əsl səbəblərini izah edib.

“Putin bildirib ki, Rusiya öz növbəsində taxılın maneəsiz ixracı, o cümlədən Qara dəniz limanlarından Ukrayna taxılının ixracı variantlarının tapılmasına kömək etməyə hazırdır. Rusiya gübrələrinin və kənd təsərrüfatı məhsullarının tədarükünün artırılması həm də qlobal ərzaq bazarında gərginliyin azaldılmasına kömək edəcək ki, bu da təbii ki, müvafiq sanksiyaların ləğvini tələb edir”, - Kremlin yaydığı məlumatda qeyd olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.