Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyanın neft hasilatını 20-30% azaltması təklif edildi

Baxış: 344

“Lukoil” neft şirkətinin həmsahibi və vitse-prezidenti Leonid Fedun Avropa İttifaqında Rusiya neftinə embarqonun müzakirəsi fonunda onun hasilatını 20-30% azaldaraq, 7-8 milyon barelə qədər azaltmağı təklif edib.

Rusiyanın neft hasilatını 20-30% azaltması təklif edildi

"LUKOIL" şirkətinin həmsahibi və vitse-prezidenti Leonid Fedunun xüsusi olaraq yazdığı məqalədə Rusiyada neft hasilatının 20-30% - 10 milyon barel/gündən 7-8 milyon barel/günə qədər azaldılmasını təklif edib. 
"Rusiya nəyə görə gündə 10 milyon barel neft hasil etməlidir? Əgər biz 7-8 milyon bareli səmərəli şəkildə istehlak edib dövlət büdcəsinə, daxili istehlaka və idxala zərər vermədən ixrac edə biliriksə".

L.Fedun əmindir ki, xam neftin 10 barelini 50 ABŞ dollara yox, 7 barelini 80 ABŞ dollara satmaq daha sərfəlidir:
“30 %, hətta bəzən 40 % endirimlərə razılaşaraq, böhrandan əvvəlki ixracatı saxlamağa çalışmalıyıqmı?"
Onun fikrincə, Rusiya neftinə qoyulan embarqo məsələsi altında alıcılar tariflərin tənzimlənməsi alətlərindən istifadə edərək bu endirimləri “institusionallaşdırmağa” çalışacaqlar.
Rusiya neftinin ən böyük alıcılarından biri olan Avropa İttifaqı aprelin ortalarından Rusiyanın Ukraynada davam edən hərbi xüsusi əməliyyatına cavab olaraq neftin nəqlinə embarqonu müzakirə edir. Amma indiyədək ölkələr razılığa gələ bilməyib - Macarıstan embarqonun əleyhinədir (neftin 60%-ni Rusiyadan alır). Növbəti dəfə bu məsələ bazar ertəsi, mayın 30-da başlayacaq Aİ-nin iki günlük sammitində müzakirə olunacaq

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.