Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə gələn ilin əvvəli Qara dənizdən qaz istehlak etməyi planlaşdırır

Baxış: 212



Türkiyə Qara dənizdən hasil edilən qazı 2023-cü ilin birinci rübündən istehlak etməyi planlaşdırır.
“Sahibkartv.az” xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.
“Türkiyədə olan bütün vətəndaşlarımıza 2023-cü ilin birinci rübündə Qara dənizdən hasil olunan qazı mətbəxlərində yandıracaqları ilə bağlı müjdə vermək istərdim”-deyə, o bildirib.
Qeyd edək ki, Türkiyə Qara dənizdə 540 milyard kubmetr qazın hasilatı və nəqlinə təxminən on milyard dollar sərmayə qoyacaq.
Daha əvvəl enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Türkiyə Qara dənizdən qaz hasilatı ilə yeni təchizat proqramı müəyyən edəcək, Ankara tələb və təklif balansını pozmamaq üçün qısa və ortamüddətli müqavilələrə üstünlük verəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.