2022-ci ilin yanvar-aprel aylarında qeyri-neft sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,7%, neft sektorunda xarici və yerli subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan daxilolmalar 45% artıb.
Sahibkartv.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbaro Tvitter səhifəsində yazıb.
Bu ilin yanvar-aprel aylarında qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilib. Bu dinamika iqtisadiyyatın şaxələndirilməsi, şəffaflaşmanın miqyasının genişləndirilməsi və vergi inzibatçılığının keyfiyyətinin artırılmasının nəticəsidir", - nazir qeyd edib.





































