Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Məşğulluq Agentliyi və “McDonald’s Azərbaycan” QSC arasında memorandum imzalanıb - FOTODövlət Məşğulluq Agentliyi və “McDonald’s Azərbaycan” QSC arasında memorandum imzalanıb - FOTO

Baxış: 259


İşsiz vətəndaşların işlə təminatı üçün birgə əməkdaşlıq ediləcək.


(®) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “McDonald’s Azərbaycan” QSC arasında memorandum imzalanıb.
Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədriMustafa Abbasbəylivə “McDonald’s Azərbaycan” QSC -nin direktoruOskar Boqopolskiyimzalayıb.
Sənədin imzalanması tədbirində həyata keçirilən birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Memoranduma əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılmasına marağın artırılması məqsədilə müxtəlif təşviqedici tədbirlərin, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, istehsalat təcrübələri və müvafiq sahələr üzrə işlə təminat sahəsində birgə əməkdaşlıq ediləcək.
Həmçinin, Agentliyin fəaliyyət istiqamətləri, qarşılıqlı maraq kəsb edən layihələr üzrə, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin məşğulluğuna dəstək vermək məqsədilə korporativ sosial məsuliyyət layihələri həyata keçiriləcək.
Xatırladaq ki, yanvarın 27-də korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən şirkətlərin mükafatlandırılması mərasimində “McDonald’s Azərbaycan” şirkətinə “Gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında təltifnamə təqdim edilib.
Ölkəmizdə “McDonald’s Azərbaycan” şirkətinin hazırda 21 restoranı fəaliyyət göstərir və müəssisələrdə 2000-dən çox insan çalışır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.