Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 90 %-i tamamlanıb.
"Sahibkartv.az" bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupuna istinadən xəbər verir.
Məlumata görə, layihənin II mərhələsi üzrə Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edən 55 km yolun tikintisi işləri sürətlə şəkildə davam etdirilir.
Hazırda Horadiz stansiyasından çıxan işçi qatarlar Mərcanlı, Mahmudlu, Soltanlı və Qumlaq stansiyalarına qədər sərbəst hərəkət edə bilir və tikinti üçün zəruri olan mal-materialın təminatı işini həyata keçirir. Hazırkı mərhələdə 1 ədəd tunel, 15 ədəd körpü, 7 ədəd yolötürücü, 4 ədəd avtomobil alt keçidi, 161 ədəd suötürücü boru, 70 ədəd ehtiyat keçidinin tikintisi nəzərdə tutulub. Bu mərhələ üzrə torpaq işlərinin 28%-i, suni qurğuların 33%-i, dəmir yolunun üst quruluşu elementlərinin isə 20%-i tamamlanıb.
2021-ci ilin fevral ayında ölkə prezidentinin təməlini qoyduğu Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. I mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, II mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə etməklə 55 km, III mərhələ isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.
Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır. Dəmir yolu xəttinin tikintisi işləri minatəmizləmə prosesinə paralel aparılır və indiyə qədər trassa üzrə 82 km ərazi minalardan təmizlənib. 3-cü mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.
“HRVision AI” – İşə qəbulda obyektivlik və effektivlik yaradan sistem
20:22 / 25-04-2025
Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
20:10 / 25-04-2025
“VoiceSales” texnologiyası: Sadəcə danışaraq məhsul satmaq dövrü başladı
17:47 / 25-04-2025
“QrafikGen AI” – Marketinq Vizualarını Avtomatik Hazırlayan Sistem
16:44 / 25-04-2025
Tramp ermənilərin gözləntilərini puç etdi
16:00 / 25-04-2025
Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
15:30 / 25-04-2025
“TrainAI Pro” – Əməkdaşlar üçün Fərdi Təlim Proqramları Hazırlayır
15:16 / 25-04-2025
Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub
15:06 / 25-04-2025
Sabah 32 dərəcə isti olacaq
14:22 / 25-04-2025
Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
13:32 / 25-04-2025
İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
13:27 / 25-04-2025
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi
12:56 / 25-04-2025
Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
12:25 / 25-04-2025
Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
11:46 / 25-04-2025
Sahibkarlıq güclənir: paytaxt və bölgələr yarışdadır
11:26 / 25-04-2025
Horadiz-Ağbənd dəmir yolu xəttinin I mərhələsi üzrə işlər 90 % tamamlanıb
Bölməyə aid digər xəbərlər
Tarix: 27-05-2022, 09:59 Oxunub: 343
Bölməyə aid digər xəbərlər
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
16-03-2022, 10:15
Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
22-10-2021, 09:37
Qarabağ və Şərqi Zəngəzurda icra olunan yol layihələrinin cari vəziyyəti açıqlandı
11-10-2021, 12:11
Susay-Xınalıq avtomobil yolunun tikintisi davam etdirilir - FOTO
27-09-2021, 08:29
Vətən müharibəsinin başlanmasından bir il ötür – UNUDULMAZ TARİXLƏR
24-09-2021, 12:50
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir - FOTO
3-09-2021, 10:27
“Zəfər Yolu”nun inşası tamamlanmaq üzrədir - FOTO/VİDEO
31-07-2021, 13:44
Kəlbəcər və Laçında dükan, aptek və bankomatlar açılacaq: Şirkətlərlə görüş keçirilib - FOTO
16-07-2021, 09:58
Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşasına başlanılıb - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO