Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Co Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb - FOTO

Baxış: 967



Co Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb - FOTO 


ABŞ Prezidenti Co Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb. Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.
Qeyd edək ki, bu ilin iyulunda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti başa çatır.
Nazir-müşaviri rütbəsinə malik olan Mark V. Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində çalışır.
O, 2021-ci ilin iyununadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini kimi çalışıb. O, müxtəlif illərdə Varşava, Nassau, Nikosiya və Bağdada siyasi müşavir kimi də işləyib.
Diplomat Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində Böhranların İdarə Edilməsi üzrə Direktor müavini, Mərkəzi Avropa İşləri Ofisində Direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru və Xarici Xidmət İnstitutunda Orientasiya Direktoru postlarında işləyib.
O, Massaçusetsdəki Tafts Universitetindən bakalavr dərəcəsinə malikdir və həmçinin Parisdəki “Institut des Etudes Politiques” (“Sciences-Po”) da təhsil alıb, həmçinin Milli Hərbi Kollecdə magistr dərəcəsi qazanıb.
Polyak və fransız dillərini mükəmməl bilir.





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.