Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nağd xarici valyutanın alqı-satqısı artıb

Baxış: 546






2022-ci ilin 1-ci rübündə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 25.8% artaraq 7,4 milyard ABŞ dolları ekvivalentində olmuşdur. 

Sahibkartv.az Mərkəzi Bankın Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, nağdsız valyuta əməliyyatlarının 86.9%-i ABŞ dollarında, 13.1%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 30.1%-i banklararası valyuta bazarında (BVB), 69.9%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Rüb ərzində BVB-də əməliyyatların 99.6%-i ABŞ dollarında aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 5,2 milyard dollar ekvivalentində olmuşdur ki, bunun da 81.2%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93.9%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin 1-ci rübünə nəzərən 12.5% artaraq 1,2 milyard ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 89.7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması şəraitində ümumi iqtisadi aktivliyin artması ilə nağd xarici valyutanın xalis satışı ötən ilin müvafiq dövrünə nəzərən 66.2% artmışdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.