Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir: "Neftin büdcə qiymətini aşağı götürmək siyasəti davam etdiriləcək"

Baxış: 295



“Son iki il proqnozlaşdırma baxımından ağır il olub”.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib. "
"Xüsusilə 2021-ci ildə bir sıra proseslər gedib. Tələblə təklif arasında natarazlıq olub. İndiki ərzaq böhranı problemi də ötən ildən başlayıb", - deyə o, qeyd edib.
Bundan başqa, nazir deyib ki, dünya bazarında neftin qiymətini heç kim dəqiq proqnozlaşdıra bilmir: “Ötən il qiymət bizim nəzərdə tutduğumuzdan yüksək olub. Biz isə büdcədə aşağı qiymət götürməklə özümüzü sığortalaya bilmişik. Bundan sonra da bu siyasət davam etdiriləcək”.
"Koronavirus (COVID-19) pandemiyasına görə, biz 2020-ci ildə bir çox proqnozlarımızı dəyişməli olduq. 2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 3,4% artacağı proqnozlaşdırılırdı, ancaq 5,6% artıb".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.