Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda bir ayda bank kartlarının sayı 130 min ədəd artıb

Baxış: 463





Bank sistemi üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 130 min ədəd artaraq 11 milyon 901 min ədəd təşkil etmişdir.
SAHIBKARTV.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.2% artmışdır.
Ödəniş kartlarında artım debet kartları üzrə 18.8%, kredit kartları üzrə 30.7% təşkil etmişdir.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 41 min, kredit kartları 357 min, digər kartlar isə 1.6milyonədəd artmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə artmışdır.2022-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1milyard659milyonmanat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 1milyard270milyonmanatı elektron ticarətin payına düşür. Qalan məbləğin 387milyonmanatı POS-terminallar vasitəsilə gerçəkləşdirilmişdir. Aprel ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili əməliyyatların 41.1%-ni təşkil etmişdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.