Kriptovalyuta üzrə ekspert Elnur Quliyev “Sahibkartv.az”a bildirib ki, bir həftədir ki, kriptovalyuta bazarında qiymətlərin düşməsi müşahidə edilir. O hesab edir ki, bunun əsas səbəbi ABŞ-da inflyasiyanın 8 %-dən yuxarı olmasıdır:
“Son 2 gündə kriptovalyuta bazarında qiymətlərin 30-50 % civarında düşməsi “Terra Luna” şirkətində yaranmış problemlə bağlıdır. Məlumdur ki, şirkət kriptovalyuta saxlayanlar sırasında ilk üçlükdə yer alır və təxminən 80 minlik bitkoinə malikdir.
Steyblkoində yaşanan alqoritm problemləri nəticəsində “Terra Luna” şirkətinin kriptovalyuta qiymətləri qısa müddətdə 100 ABŞ dollardan 0,01 sentə qədər düşüb. Şirkət vəziyyətdən çıxmaq üçün öz 80 minlik bitkoinini satışa çıxarıb”.
Ekspert hesab edir ki, bu həcmdə bitkoinin satışa çıxarılması bazarda təlatümə səbəb olub:

E.Quliyev kriptovalyuta sahiblərini satışa qaçmamağa, tələsməməyə səsləyib:
“Səbrli olmaq lazımdır, çünki bu problem cəmi şirkətdən qaynaqlanır. Əsas odur ki biz qiymətin düşmə səbəbini bilirik. Ümid edirəm ki, yaxın günlərdə qiymətin yenidən qalxması halı müşahidə olunacaq. Hətta deyərdim ki, hazırda kriptovalyutalara investisiya etməyin əsl vaxtıdır”.

“Qısa müddətli kriptovalyuta alan investorlar uduzdu. Bu təxminən bazarın 40 %-ni təşkil edir. Lakin uzunmüddətli sərmayəçilər bu problemlə üzləşməyib: "Onlar psixoloji olaraq bu vəziyyətə hazır idilər”.
Ekspert özü ilə bağlı nümunəni də açıqlayıb:

Qeyd edək ki, dünyanın ən bahalı kriptovalyutası olan bitkoin son 1 ay ərzində 23 % ucuzlaşıb. "Ethereum"un qiyməti isə 30 %-dən çox enib. Digər kriptovalyutalar təxminən 26-33 % ucuzlaşıb. Hazırda, kriptovalyuta bazarında ən bahalı koin bitkoindir. Bir tokenin qiyməti 51 min 773,5 manat təşkil edir.