Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AİB Azərbaycanda yenidənqurma layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırdır

Baxış: 561



Avropa İttifaqının (Aİ) Azərbaycandakı proqramlara dəstəyinə uyğun olaraq, Avropa İnvestisiya Bankı (AİB) müxtəlif inkişaf layihələrinin, həmçinin ölkəmizdə bərpa və yenidənqurma layihələrinin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirməyə hazırdır.
Bu barədə “Report”a AİB-dən məlumat verilib.
Bildirilib ki, bank milli prioritetlərə və Aİ-nin məqsədlərinə uyğun olan potensial layihələri Azərbaycan hökuməti və buradakı müxtəlif maraqlı tərəflərlə fəal şəkildə müzakirə edir.
“Məsələn, bank davamlı regional inkişaf, təbii resurslardan istifadə, rabitə və informasiya-kommunikasiya texnologiyalarının rəqəmsallaşdırılmasının inkişafı layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirə bilər. Bu siyahıya həmçinin “yaşıl” və “ağıllı şəhər”lə bağlı layihələrin inkişafı və mobillik, həmçinin dairəvi iqtisadiyyat, bərpa olunan enerji, enerji səmərəliliyi və özəl sektorun inkişafına dair layihələr daxildir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Avropa İttifaqının bankı olan AİB 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Bank Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı və Aİ ilə Azərbaycan arasında imzalanmış digər ikitərəfli sazişlər çərçivəsində fəaliyyət göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.