Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nəhəng karqo şirkəti “Orta Dəhliz”lə yükdaşımalara başlayır

Baxış: 299



Nəhəng karqo şirkəti “Orta Dəhliz”lə yükdaşımalara başlayır 


Danimarkanın nəqliyyat və logistika qrupu “AP. Moller-Maersk” şirkəti Çin və Avropa arasında “Orta Dəhliz”lə yükdaşımalara başlayır.
Xrici mətbuat xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, Çinin müxtəlif şəhərlərindən yola düşəcək qatar Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniya ərazisi ilə, təxminən, 40 gün hərəkət edəcək.
Konteynerlər Qazaxıstanın Aktau şəhərindən bərə vasitəsi ilə Bakıya çatdırılacaq, daha sonra dəmir yolu xətti ilə Gürcüstanın Poti, oradan isə Rumıniyanın Konstans limanına göndəriləcək, daha sonra müxtəlif Avropa ölklərinə yola salınacaq.
Şirkət yeni marşrutu mart ayında yaradıb və aprel ayında sınaq qatar Çini tərk edib.
“Dəhliz, müştərilərimizin təchizat zəncirinin davamlılığını artırmağa imkan verən geniş açıq tutuma malikdir"- deyə “Maersk Intercontinental Rail”ın qlobal məhsul meneceri Maya Parqaşvili qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.