Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycana yeyinti məhsulları idxalı daha çox valyuta "yeyir"

Baxış: 414
2022-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycana 703 milyon 901 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. 
Sahibkartv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə 2022-ci ilin ilk 4 ayında yeyinti məhsullarının idxalına xərclənmiş xarici valyutanın məbləği 69 milyon 137 min dollar və ya 11% artıb.

2021-ci ilin ilk 4 ayı ərzində Azərbaycana 634 milyon 764 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdi.
Azərbaycan ən çox xarici valyutanı meyvə-tərəvəz, buğda, bitki yağları, kərə yağı, çay və ət idxalına sərf edib.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.