Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İslahatlar və investisiyalar barədə xəbərlər Aproya dəstək olur - GÜNƏ BAXIŞ

Baxış: 461
FED-in aqressiv sərtləşdirmə siyasəti ehtimallarının güclənməsi dollar indeksinin də dəstək görməsi ilə özünü göstərir. Bununla yanaşı, Avrozonada enerji sektorunda islahatlar və infrastruktur investisiyaları sahəsində prosesin inkişafı EUR/USD məzənnəsinə də dəstək olmaqdadır. GBP/USD məzənnəsi də müsbət təsirlənməkdədir.
AB Komissiyasının sədri Ursula von der Leyen çərşənbə günü verdiyi açıqlamasında, 300 milyard avroluq investisiya ilə alternativ enerjinin genişləndirilməsi nəzərdə tutulduğunu bildirib. Bundan əlavə, Almaniya, Danimarka, Niderland və Belçika Şimal dənizində külək enerjisindən istifadəni genişləndirməklə, 2050-ci ilə kimi külək parklarının gücünün 150 qiqavata çatdırılması nəzərdə tutulub. 
Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.06$, GBP/USD isə 1.24$-ı qırmaqla alış əməliyyatlarının artmasına səbəb ola bilər. Qızılın və bitkoinin qiymətinin də dolların ucuzlaşması ilə dəstək gördükləri müşahidə edilir. 
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.