Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2022-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 10 milyard 687,6 milyon manat vəsait daxil olub, büdcədən 8 milyard 168,7 milyon manat vəsait xərclənib.Büdcənin icrasında2 milyard 518,9 milyon manatlıq profisit(artıqlıq) yaranıb.
2022-ci ilin yanvar-mart dövründə dövlət büdcəsinin profisiti 1 milyard 380 milyon manat təşkil etmişdi.




































