11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
17:39 / 17-01-2025
17:16 / 17-01-2025
17:00 / 17-01-2025
16:38 / 17-01-2025
16:00 / 17-01-2025
15:45 / 17-01-2025
15:30 / 17-01-2025
15:00 / 17-01-2025
Energetika naziri Pərviz Şahbazov Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) İnfrastruktur üzrə direktoru xanım Şeril Hanveyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə “Sahibkartv.az” Nazirlikdən məlumat verilib.
Nazir IFC ilə müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uzunmüddətli əməkdaşlığın mövcud olduğunu bildirib və hazırda davam edən “Dənizdə külək enerjisindən istifadəyə dair Yol Xəritəsi” layihəsinin bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi kontekstində əhəmiyyətini vurğulayıb.
Xəzər dənizinin Azərbaycan sektorunda mövcud nəhəng külək enerjisi potensialının reallaşdırılması, özəl investisiyaların cəlbi, beynəlxalq əməkdaşlıqlar, gələcəkdə istehsal ediləcək “yaşıl enerji”nin şəbəkəyə inteqrasiyası, enerjinin ixracı, ümumilikdə bərpa olunan enerji üzrə hədəflər və planlar haqqında məlumat verilib. IFC ilə əməkdaşlığın inkişafı nəzərdən keçirilib, növbəti addımlarla bağlı müzakirələr aparılıb.
Ş.Hanvey isə IFC-nin enerji sahəsində özəl sektorun inkişafı və bu sahəyə investisiyaların cəlb olunması üzrə təcrübəsindən bəhs edib. Azərbaycanda gedən inkişaf prosesləri nəzərə alınmaqla ölkəmizdə “yaşıl enerji” infrastrukturunun genişləndirilməsinə IFC-nin dəstəyi, bununla bağlı gələcək imkanların araşdırılmasına maraq ifadə edilib.
Bölməyə aid digər xəbərlər