Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Vergi Xidməti ötənilki gəlirlərini və xərclərini açıqlayıb

Baxış: 414
2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 100,1 milyon manat gəlir əldə edib.
“Sahibkartv.az” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 47,5 % azdır.
Dövlət Vergi Xidmətinin ötənilki gəlirlərinin 99,923 milyon manatını qeyri-birja gəlirləri (əvvəlki ilə nisbətən 47,6 % az), 177 min manatını isə sair əməliyyat gəlirləri (3,8 dəfə çox) təşkil edib.
Hesabat dövründə qurumun xərcləri isə 37,9% artaraq 60,906 milyon manat, o cümlədən əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 24,6 % artaraq 31,444 milyon manat, sərf etdiyi materialların dəyəri 17% azalaraq 828 min manat, amortizasiya xərcləri 58,9 % artaraq 2,548 milyon manat, sair əməliyyat xərcləri 59,9 % artaraq 26,085 milyon manat olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.