Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda mənşə sertifikatları müvəqqəti olaraq İİTKM-də veriləcək

Baxış: 447
Sabahdan başlayaraq iyunun 20-nə qədər Azərbaycanda malın mənşə ölkəsini təsdiq edən sertifikatlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) təqdim olunacaq.
"SAHİBKARTV.AZ" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, “Formula 1 Azərbaycan Qran Pri” yarışının keçirilməsi ilə əlaqədar Dövlət Xidmətinin yerləşdiyi “Hökumət Evi”ni əhatə edən yollarda hərəkət məhdudlaşdırılacaq. Odur ki, sertifikatlar Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 47 (Hüseyn Cavid parkının yaxınlığında) veriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.