Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

EBRD: “Azərbaycan iqtisadiyyatındakı artım xarici investisiya axını üçün imkan yaradır”

Baxış: 576
“Azərbaycan iqtisadiyyatındakı artım xarici investisiya axını üçün imkan yaradır”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Azərbaycan-Avropa İttifaqı biznes forumunda onlayn çıxışı zamanı bildirib.
O, Azərbaycan hökumətinin pandemiya zamanı qeyri-neft sektoruna böyük kömək etdiyini bildirib, həmçinin iqtisadi artımda Mərkəzi Bankın oynadığı rolu xüsusi vurğulayıb.
Onun sözlərinə görə, bank sektorunda həyata keçirilən islahatlar ödənişlərə nəzarətin gücləndirilməsinə yönəldilməlidir.
O, Azərbaycanın dövlət strukturları ilə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb və EBRD-nin bu işlər çərçivəsində təcrübəsini bölüşməyə hazır olduğunu deyib.
Bankın Azərbaycan nümayəndəliyinin rəhbəri  EBRD-nin Azərbaycanda yaşıl texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə layihələr icra etdiyini vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.