Azərbaycan Mərkəzi Bankı 2021-ci ildə xarici valyuta əməliyyatları üzrə 935 milyon manat itirib. Halbuki, Bank 2020-ci ildə xarici valyuta əməliyyatları üzrə 1 milyard 981 milyon manat gəlir əldə etmişdi.Sahibkartv.az xəbər verir ki, ötən il Mərkəzi Bank xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə 60 milyon 298 min manat zərər edib (2020-ci ildə 66 milyon 44 min manat gəlir).




































