Day, Month 00, Year
00: 00: 00 AM
Tağı Əhmədov vəfat etdi

22:12 / 18-10-2024

Ötən il Mərkəzi Bank dövlət büdcəsinə 250 milyon manat köçürüb

Ötən il Mərkəzi Bank dövlət büdcəsinə 250 milyon manat köçürüb 


Mərkəzi Bank 2021-ci il ərzində dövlət büdcəsinə 250 milyon manat məbləğində vəsait köçürüb.
Sahibkartv.az xəbər verir ki, bu barədə qurumun audit hesabatında bildirilir.
Mərkəzi Bank 2020-ci ildə dövlət büdcəsinə 1 milyard manat köçürmüşdü.
"31 dekabr 2021-ci il tarixində başa çatan il üzrə Mərkəzi Bankın ümumi zərəri 162 milyon 746 min manat (2020: 52 milyon 485 min manat mənfəət) təşkil etmişdir. Qanunun 12-ci maddəsinə uyğun olaraq Bankın kapital ehtiyatları formalaşdırıldıqdan və illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna) köçürülür",- hesabatda bildirilir.
Mərkəzi Bankın 2020-ci ilin sonunda 596 milyon 9 min manat təşkil etmiş bölüşdürülməmiş mənfəəti 2021-ci ilin sonunda 183 milyon 263 min manaat təşkil edib. 412 milyon 746 min manatlıq azalmanın 250 milyon manatı dövlət büdcəsinə köçürmə, 162 milyon 746 min manatı isə ötən ilin xalis zərər ilə bağlıdır.


Tarix: 17-05-2022, 08:10 Oxunub: 480


Bölməyə aid digər xəbərlər