Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Hava limanları AZAL-a bağlı olduğundan, xarici aviaşirkətlərin Azərbaycana marağı azdır"

Baxış: 254






“Ölkəmizdə hava daşınmasında yalnız bir şirkət çıxış edir. Bu da dövlət şirkəti olan AZAL və onun törəmə şirkəti olan BUTA Low Coster (aşağı büdcəli) şirkətidir”. 
"Amazon Travel Club" şirkətinin direktoru Seymur Allahverdiyev Sagivkartv.az-a bildirib ki, bu səbəbdən hava daşınmasında rəqabət mühüti formalaşmamışdır:
“Ölkədə mövcud olan hava limanları da hamısı AZAL-a bağlıdır ki, bu da digər xarici aviaşirkətlərin hava limanından istifadə etməsində maraq yaratmır. Çünki vergilər çox bahadır. Yüksək vergilərin biletin qiymətinə əlavə edilməsi aşağı büdcəli Low Coster şirkətlərin konsepsiyasına uyğun gəlmədiyindən ölkəmizdə çox az şirkətlər fəaliyyət göstərir ki, (Wizz air, Pegasus) onlarda bir istiqamət üzrə fəaliyyət göstərirlər”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.