Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Sahibkartv.az”a verilən məlumata görə, Sahibə Qafarova qonağı səmimi salamlayaraq, Azərbaycanla Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Parlamentin sədri bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakını xatırlayaraq, iki qardaş ölkənin liderlərinin növbəti dəfə bir araya gəlməsini yüksək dəyərləndirib. Qeyd edib ki, iki ölkə arasındakı münasibətlər günbəgün inkişaf etməkdədir. Hər iki ölkənin əldə etdiyi uğurlar ölkələrimizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına xidmət edir.
Spiker Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb.
Milli Məclisin sədri konfransa hazırlıq işləri barədə danışaraq, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə keçirdiyi görüşlərdən bəhs edib. Qeyd edib ki, konfransda təşkilata sədrlik Pakistandan Azərbaycana keçəcəkdir. Azərbaycan təşkilatın sədri kimi qurumun nüfuzunun daha da artması, təşkilata üzv ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün səylərini əsirgəməyəcək.
Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük bərpa və quruculuq işləri haqqında məlumat verərək, qeyd edib ki, çox qısa müddətdə həmin ərazilərdə nəhəng infrastruktur layihələri reallaşdırılıb, yeni yollar salınıb, yüksək standartlara cavab verən Füzuli Hava Limanı istifadəyə verilib. Həyata keçirilən quruculuq işlərində qardaş Türkiyə şirkətləri yaxından iştirak edirlər. Spiker Türkiyənin Azərbaycana hər zaman göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.
Səmimi görüş üçün təşəkkür edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkəmizə növbəti dəfə səfərindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, səfərdən məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək və burada müzakirə olunacaq məsələlərə fəal şəkildə qatılmaqdır.
Bununla yanaşı, konfransda müzakirə olunacaq məsələlərin quruma üzv dövlətlər üçün əhəmiyyətindən bəhs edən Mustafa Şentop burada keçiriləcək görüşlərin də əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətli olacağını bildirib. Qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi, deputatların mütəmadi görüşləri qurum qarşısında duran vəzifələrin həlli, o cümlədən qanunverici orqanlar arasında ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir.
Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərini xatırladaraq, deyib ki, Türkiyə-Azərbaycan münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir və bu münasibətlər həqiqətən “bir millət iki dövlət” xarakteri daşıyır.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI - Onlara inanmayın!
11:01 / 25-04-2025
Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edilib
10:55 / 25-04-2025
Bu gün Azərbaycanda Sahibkarlar Günüdür
10:35 / 25-04-2025
ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...
10:18 / 25-04-2025
Azərbaycanda bu gündən hava pisləşir
09:56 / 25-04-2025
Məcnun Məmmədov rusiyalı həmkarı ilə onlayn görüş keçirdi - Fotolar
09:51 / 25-04-2025
Hindistanla Pakistan arasında gərginlik artır
09:49 / 25-04-2025
Tramp Putinə çağırış etdi - “Dayan!”
09:45 / 25-04-2025
Türkiyədə növbəti dəfə zəlzələlər baş verib
09:40 / 25-04-2025
ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edir?
09:36 / 25-04-2025
İsrail Qəzzada döyüşləri gücləndirəcək
09:32 / 25-04-2025
“Çin Zəngəzur dəhlizini dəstəkləyir, Qərbin oyunlarını isə ifşa edir”
09:00 / 25-04-2025
“AI-CashFlow” Nağd Pul Axınını Proqnozlaşdırır
22:12 / 24-04-2025
“LearnIQ AI” Dərs Metodikasını Tələbəyə Uyğunlaşdırır
21:47 / 24-04-2025
“StartupScan AI” İdeyanın Uğur Potensialını Qiymətləndirir
21:19 / 24-04-2025
“EcoCalc AI” Biznesin Ekoloji Təsirini Azaltmaqda Yol Göstərir
20:49 / 24-04-2025
“TaxAI” Sahibkarlara Vergi Hesablamasında Kömək Edir
20:30 / 24-04-2025
“HireBot AI” Freelancer Axtarışını Avtomatlaşdırır
20:22 / 24-04-2025
“RetailVision AI” Ticarət Obyektlərində Kamera Məlumatlarından İstifadə Edir
19:44 / 24-04-2025
“VoiceLaw” – Səsli Komanda ilə Müqavilə Hazırlamaq Artıq Mümkündür
19:30 / 24-04-2025
“SkillMatch AI” İşə Qəbulda Namizəd Uyğunluğunu Təhlil Edir
19:19 / 24-04-2025
“AdOpt AI” Marketinq Kampaniyalarını Otomatik Test Edir və Uyğunlaşdırır
18:50 / 24-04-2025
“BudgetBrain” Kiçik Bizneslər üçün Maliyyə Nəzarətçisi Rolunu Oynayır
18:30 / 24-04-2025
“EduAI Career” Tələbələrə Peşə Seçimində Yol Göstərir
18:21 / 24-04-2025
“ShopSense AI” Rəqəmsal Vitrinləri Müştəri Zövqünə Uyğunlaşdırır
17:48 / 24-04-2025
"Pambıq Sahələrində Pilotsuz Monitorinq Texnologiyası Sınaqdan Keçir"
17:30 / 24-04-2025
"Süni İntellektlə İdarə Olunan Mobil Klinikalar Regionlara Yönəldilir"
17:19 / 24-04-2025
“AI-Loyalty” Müştəri Davranışını Öyrənərək Satışları Artırır
16:40 / 24-04-2025
“SmartFund AI” Startaplara İnvestor Tapmaqda Yardım Edir
16:16 / 24-04-2025
Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
16:00 / 24-04-2025
“TradeRadar” Süni Zəka ilə Qlobal Ticarət Trendləri Analiz Edilir
15:43 / 24-04-2025
9 günlük MATƏM elan edildi - Bu ölkədə
15:30 / 24-04-2025
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Bölməyə aid digər xəbərlər
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Tarix: 16-05-2022, 19:46 Oxunub: 362
Bölməyə aid digər xəbərlər
14-05-2022, 16:51
Azərbaycan-Türkiyə əməkdaşlığı - dünyanın faydalandığı qardaşlıq - ŞƏRH
20-04-2022, 16:24
"Verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək"
2-04-2022, 11:51
Özbəkistan Prezidenti: Pandemiyaya baxmayaraq, Azərbaycan ilə ticarət dörd dəfə artıb
28-01-2022, 21:58
YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI
23-12-2021, 11:50
Dövlət və hökumət başçıları İlham Əliyevi təbrik edir - YENİLƏNİB
29-09-2021, 19:17
Sahibə Qafarova Nursultan Nazarbayevlə görüşüb - FOTO
28-08-2021, 21:48
Azərbaycana iqtisadi və hərbi üstünlük qazandıracaq layihələr - FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
26-07-2021, 22:26
Sahibə Qafarova AŞPA-nın məruzəçisi ilə görüşüb - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
9-03-2021, 18:51
İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB+FOTO
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
15-08-2020, 09:05
Spiker seçicilərinin müraciətlərini dinlədi - FOTO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO