Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda inflyasiya açıqlandı - ƏRZAQLAR 18 FAİZDƏN ÇOX BAHALAŞIB

Baxış: 548
2022-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-aprel aylarına nisbətən 12,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb.
Sahibkartv.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, əvvəlki ilin aprel ayına nisbətən 13 faiz yüksəlib.
2022-ci ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,7 faiz,2021-ci ilin aprel ayına nisbətən 18,4 faiz artıb.
Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarındandaha çox bahalaşmavaflinin, peçenyenin, unun, makaron məmulatlarının, düyünün, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, heyvanın, narın, naringinin, almanın, armudun, soğanın, kartofun, bibərin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, mineral suların, arağın,ucuzlaşma isəəsasən yumurtanın, qozun, fındığın, xiyarın, kələmin və çuğundurun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2022-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, əvvəlki ilin aprel ayına nisbətən 7,1 faiz artıb. Cari ilin aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarındandaha çox bahalaşmageyim və ayaqqabıların, inşaat materiallarının, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sabunların, şampunların və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2022-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin aprel ayına nisbətən 10,2 faiz yüksəlib Cari ilin aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdəndaha çox bahalaşmapaltarların, ayaqqabıların, mebellərin və minik avtomobillərinin təmiri, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.