Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Xidməti düyü və qarabaşaq qiymətlərində manipulyasiya və rəqabətin məhdudlaşdırıldığını aşkar edib

Baxış: 565
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti düyü bazarında araşdırmalar aparır.
Sahibkartv.az Xidmətə istinadən xəbər verir ki, araşdırma zamanı “SUN FOOD” MMC, “Xudafərin-1” MMC, “Qida XXI” MMC, “Elsaan Group” MMC, “VEYSƏLOĞLU” MMC, “Babək” firması və s tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
İşə 23.05.2022-ci il tarixində baxılacaq.
Qanun pozuntusu “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-cı maddəsinin 4-cü və 7-ci bəndlərinin və 10-cu maddəsinin 2-cı bəndinin tələblərin pozulması əlamətləri üzrədir. Bu maddələr - bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsini (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması); digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərar vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsini;  bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişləri nəzərdə tutur.
Həmçinin Dövlət Xidməti qarabaşaqbazarında araşdırmalar aparır. “Abşeron Treyd” MMC, “Vuqma-qida məhsulları”, “SUN FOOD” MMC,, “VEYSƏLOĞLU” MMC, “Babək” firması və s.  tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
Xatırladaq ki, qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.