Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycana gətirilən çörək mayaları gömrük rüsumundan azad edilib

Baxış: 487
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının Sahibkartv.az”də dəyişiklik edilib.
"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisinə idxal olunan maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları gömrük rüsumundan azad edilib.
Bundan başqa, Azərbaycana gətirilən bir sıra tərəvəz bitkilərinin toxumları, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar da gömrük rusumundan azad edilib.
Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.