Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın sənaye zonalarından ixracın dəyəri 2 milyard manatı keçib

Baxış: 406
İndiyə qədər Azərbaycandakı sənaye zonalarında təxminən 6,5 milyard manatlıq məhsul istehsal edilib, bunun təxminən 2,1 milyard manatlıq hissəsi ixrac olunub.
Bu barədə “Sahibkartv.az”a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata görə, məhsul istehsalının və ixracının müvafiq olaraq 681 milyon manatlıq və 318 milyon manatlıq hissəsi bu ilin I rübünün payına düşüb. Bunlar isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 82,6% və 2,7 dəfə çoxdur.
Hesabat dövründə sənaye zonaları üzrə istehsalın ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,8%, ixracın isə qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi 36,3 % təşkil edib.
Sənaye zonalarında istehsal olunan məhsulları dünyanın 40-dan çox ölkəsi idxal edib.
Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.