Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda kümçülərə ipəkqurdu toxumunun paylanılması başa çatıb

Baxış: 337
Azərbaycanda 2022-ci il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb.
"Sahibkartv.az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu il 40 rayondan olan kümçülərə əvəzsiz olaraq 11 130 qutu ipəkqurdu toxumu (qrena) paylanıb.
İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.
Xatırladaq ki, kümçülərlə imzalanan müqaviləyə əsasən, bu ldən istehsal olunmuş yaş baramanı “Azəripək” MMC 5 manata təhvil alacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Bu il kümçülərə paylanmış 11 130 qutu ipəkqurdu toxumunun 10 000 qutusu Çindən gətirilib, 11 30 qutusu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub. İpəkqurdu toxumlarının paylanmasına aprel ayının sonlarından start verilib, paylanma mərhələsi rayonların coğrafi şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilib


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.