12 May 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Sahibkartv.az xəbər verir ki, hərracda tələb 45,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
10 May 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 40,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 34 valyuta hərracında banklara 2 milyard 290 milyon dollar satılıb.




































