Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropa bankı Azərbaycanda inşa ediləcək stansiya üçün krediti təsdiq edib

Baxış: 343


Avropa bankı Azərbaycanda inşa ediləcək stansiya üçün krediti təsdiq edib 


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) inkişafına, tikintisinə və sonrakı istismarına 51 milyon ABŞ dolları məbləğində uzunmüddətli üstün hüquqa malik kredit ayrılmasını təsdiq edib.
AYİB-in yaydığı  məlumata görə, ölkədə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış "Masdar Azerbaijan Energy" MMC sözügedən layihədə borcalan qismində çıxış edir. BƏƏ-nin "Masdar" şirkəti isə layihənin sponsoru olacaq.

Qeyd edək ki, bir sıra digər beynəlxalq maliyyə institutlarının, o cümlədən Asiya İnkişaf Bankının da layihəyə dəstək verməsi gözlənilir.
Xatırladaq ki, ümumi dəyəri 240 mln. dollar göstərilən "Qaradağ" GES-də istehsal edilən enerji 110 kmin mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısı alınacaq. GES-in 2023-cü ilin payızında istifadəyə verilməsi gözlənilir.
Bu ilin aprelin sonuna AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 33 layihə üzrə 823 mln. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu günədək isə bank Azərbaycana 181 layihə üzrə 3,390 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,1%-i (2,917 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.