19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 % çox - 965,5 milyon ABŞ dolları təşkil edib.
"Sahibkartv.az" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə qeyri-neft ixracının tərkib hissəsində hərəkətverici məhsullar orta və daha dərin emal edilmiş məhsullarla əvəz edilməyə başlayıb.
"Habelə, “zəngin məhsullar zəngin ölkələr üçün” prinsipini nəzərə alsaq, qeyd edilən emal məhsullarının Avropa İttifaqı ölkələrinə, habelə digər sənayeləşmiş ölkələrə ixracının şaxələndiyini müşahidə edə bilirik. Xüsusilə, üzvi kimya sənayesi strukturunda yer alan metanol, plastmas və onlardan hazırlanan məmulatlar qrupuna daxil olan ilkin formalı polietilen və ilkin formalı polipropilen, ilkin formalı propilen sopolimerləri, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr qeyri-neft ixracının artımında həlledici rol oynayıb. 2022-ci ilin yanvar-aprel ayları üzrə kimya sənayesi məhsullarının ixracının ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfəyə yaxın artması da təsadüfi deyil. Belə ki, ötən ilin ilk 4 ayı ərzində kimya sənayesi üzrə ixrac 13,1 milyon ABŞ dolları təşkil edib. Artımın əsas səbəbi pandemiyanın əhatə dairəsinin yumşaldılması, ertələnən xarici tələbin canlanması, ixrac edilən üzvi kimya məhsulları üçün aralıq məhsul rolunu oynayan əmtəələrin dünya bazar qiymətlərinin artımı ilə əlaqədardır", - deyə qurum bəyan edib.
"Qeyri-neft ixracının tərkib hissəsində az qiymətli metallar və ondan hazırlanan məmulatlarının həcminin artdığını görürük. Bu mal qrupunun strukturunda əsas payı alüminium və ondan hazırlanan məmulatlar tutur. Xüsusilə, alüminum məhsulları üzrə geniş çeşidlənmə və müxtəliflik hiss edilir. Belə ki, xüsusilə 2021 və 2022-ci illər ərzində qeyd edilən metal və ondan hazırlanan məmulatların bir neçəsi qeyri-neft ixracının ilk 20 məhsulu üzrə drayver rolunu oynayır. Bundan əlavə, alüminium məhsullarının əsas özəlliyi odur ki, bu qrup üzrə hazırlanan üç müxtəlif məhsul ixracda pay tutur. Bu məhsuldan əlavə biz polietileni qeyd edə bilərik ki, oxşar əmtəə xarakterinə malikdir. Qara metallara baxdıqda ixrac edilən məhsullar arasında tikinti-inşaat sektoru üçün tələb edilən az qiymətli metalların 23%-ni təşkil edib.
Qiymət və keyfiyyət üstünlüyünə malik emal edilmiş məhsullar şaxələndikcə ixrac coğrafiyasıda şaxələnib. Belə ki, qeyri-neft ixracında ABŞ, İtaliya, Braziliya, Niderland, Ruminiya yaxın MDB ölkələrindən daha irəlidədir. İxrac müxtəlifliyi nəzəriyyəsinə əsasən, məhsullar daha yüksək keyfiyyətə malik və daha çox inkişaf edərsə, həmçinin özündə daha zəngin elementləri birləşdirərsə, məhsulun idxalçısı da daha inkişaf etmiş ölkələr olacaqdır. Qeyd olunan ölkələrin Azərbaycana ixracında əsas payı qeyri-yeyinti, konkret olaraq kimya sənayesi məhsulları təşkil edib.
Aprel ayında qeyri-neft ixracı 22 % artaraq 238,3 milyon dollar təşkil edib. Həmin dövr ərzində qeydə alınan qeyri-neft ixracının 21,6 %-i yeyinti məhsullarının, 78,4 %-i isə qeyri-yeyinti məhsullarının payına düşüb. Ay ərzində yeyinti məhsulları üzrə ixracın cəmi 6,2 % artmasının əsas səbəbi şokolad və ondan hazırlanan məmulatların 2 dəfə, meşə fındığı üzrə 52,5 %, qara çayın ixracı üzrə isə 19,4 % artımın qeydə alınmasıdır. Digər həll edici yeyinti məhsullarında isə ötən illə müqayisədə nisbətən daha az ixrac müşahidə edilib. Qeyri-neft ixracında aprel ayında qeyri-yeyinti sektoru drayver rolunu oynayıb", - deyə məlumatda qeyd olunub.
Bölməyə aid digər xəbərlər