Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb

Baxış: 239
2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) gəlirləri 96,157 milyon manat təşkil edib.
“Sahibkartv.az” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 56,2% çoxdur.
ƏMDX-nın gəlirlərinin 79,766 milyon manatı və yaxud 83%-i qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 35% çoxdur. Hesabat dövründə Dövlət Xidmətinin birja əməliyyatlarından gəlirləri 7,1 dəfə artaraq 15,547 milyon manata, sair gəlirləri 3,1 dəfə artaraq 844 min manata çatıb.
Ötən il ƏMDX-nın xərcləri isə əvvəlki ilə nisbətən 59,1% çox - 70,112 milyon manat təşkil edib. O cümlədən Dövlət Xidmətinin əmək haqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 84,6% artaraq 19,786 milyon manat, sərf etdiyi materialların dəyəri 13,8% azalaraq 206 min manat, amortizasiya xərcləri 1% azalaraq 2,614 milyon manat, sair əməliyyat xərcləri isə 55,85% artaraq 47,507 milyon manat olub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.