Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Sahibkartv.az Xidmətə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 58 min 95 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2022-ci ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz çoxdur.




































