Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft 120 dollaradək dəyər qazana bilər - GÜNƏ BAXIŞ

Baxış: 249
FED sədri 0.75%-lik faiz artımı addımlarını inkar etsə də cümə axşamı buna dair ehtimalların yaranması, EUR/USD və GBP/USD məzənnələrində aşağı istiqamətli dalğalanmaya səbəb olsa da yenidən dəstək gördükləri müşahidə edilir. Beləliklə, investorlar alış əməliyyatları üçün Avrozona və İngiltərədən müsbət fundamental göstəricilərin açıqlanmasını gözləyirlər. Buna dair siqnallar olmadıqca, Breksit və Ukrayna müharibəsinin fəsadları aparıcı rol oynamaqda davam edəcək, avro və funt sterlinqdə minimumlar yenilənməkdə davam edə bilər. 
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın əmək bazarı ilə bağlı da önəmli fundamental göstəricilər açıqlanacaqdır. 

Sanksiyaların gücləndirilməsi ilə əlaqədar enerji birjalarında təklifin azalması, neftin də bahalaşmasına səbəb olur və 120$-a kimi dəyər qazana bilər. 
Kriptovalyuta birjalarında bitkoin isə 39000$-ın altında qalaraq ucuzlaşmaqda davam edir və trend 33000$- kimi davam edə bilər. 
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.