17:39 / 26-11-2024
16:00 / 26-11-2024
15:00 / 26-11-2024
14:22 / 26-11-2024
14:00 / 26-11-2024
13:25 / 26-11-2024
13:15 / 26-11-2024
13:09 / 26-11-2024
12:49 / 26-11-2024
12:39 / 26-11-2024
12:34 / 26-11-2024
12:06 / 26-11-2024
11:22 / 26-11-2024
11:08 / 26-11-2024
09:56 / 26-11-2024
09:52 / 26-11-2024
09:49 / 26-11-2024
09:45 / 26-11-2024
09:00 / 26-11-2024
22:13 / 25-11-2024
21:43 / 25-11-2024
21:18 / 25-11-2024
20:46 / 25-11-2024
20:23 / 25-11-2024
19:45 / 25-11-2024
19:18 / 25-11-2024
18:53 / 25-11-2024
18:24 / 25-11-2024
Təəssüf ki, dünyanın ərzaq təhlükəsiziliyi sistemi bir sıra risklərlə üzləşib. COVID-19 pandemiyası, regional proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması qlobal ərzaq təhlükəsizliyinin təmini üçün təhdidlər yaradır.
Bunu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın açılışında bildirib.
Nazır deyib: “Bu çağırışlar həm də ümumi məqsədlərə nail olmaq üçün yeni beynəlxalq münasibətlərin əsasını qoydu. FAO-nun “Hand in Hand”, “Tarladan süfrəyə”, “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və digər əlaqəli strateji təşəbbüsləri ərzaq təhlükəsizliyi sistemlərinə təsir edən kritik amillərə cavab vermək üçün müasir təlimatlardır. Azərbaycan bu təşəbbüslərə böyük həvəslə qoşulur və bu çoxtərəfli platformalarda səmərəli əməkdaşlığa hazırdır. Qlobal ərzaq təhlükəsizliyi sisteminin daha dayanıqlı olması üçün FAO ilə təşkilatın tərtib etdiyi strategiyaları və proqramları çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk”.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkələrimiz arasında ticarət əlaqələrini inkişaf etdirməyə təkan verə bilər
Nazir qeyd edib ki, ticarət istənilən uğurlu transformasiya üçün mühüm vasitədir: "Yaxşı qurulmuş ticarət əlaqələri həm də müasir texnologiyaların və qabaqcıl təcrübələrin transferini təmin edir. Azərbaycan nəqliyyat və logistika qovşağı imkanlarına görə Avrasiyanın əsas ölkələrindən birinə çevrilməyi bacarıb".
Nazir deyib: “Həyata keçirilən layihələr nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm ticarət körpüsünə çevrilib. Əldə edəcəyimiz nailiyyətlər ölkələrimiz arasında ticarət əlaqələrini inkişaf etdirməklə yanaşı, daha sıx əməkdaşlığa təkan verə bilər”.
Bölməyə aid digər xəbərlər