Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir vergi daxilolmalarındakı yüksək göstəriciləri açıladı - 150,5% icra olunub

Baxış: 304
Nazir vergi daxilolmalarındakı yüksək göstəriciləri açıladı - 150,5% icra olunub


"Ölkə iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsi və vətəndaşlarımızın rifahının daha da yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsi olaraq dövlət büdcəsinə vergi daxilolmalarında növbəti dəfə yüksək göstəricilər əldə olunub". 
Sahibkartv.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl CabbarovTvitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2% artaraq 5 milyard 35,4 milyon manat təşkil edib və proqnoz 150,5% səviyyəsində icra olunub. 
Qeyri-neft-qaz sektoru-ndan daxilolmalar isə 49,7% artaraq 3 milyard 430,2 milyon manat olub və proqnoz 133,5% yerinə yetirilib.
"Bu nailiyyətin əldə edilməsində önəmli rolu olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına,eləcə də bütün vicdanlı sahibkarlara gərgin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edirəm",- nazir qeyd edib.







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.