Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft Fondunun Azəri-Çıraq-Günəşli üzrə gəlirləri 2 dəfə artıb

Baxış: 361
Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.
Dövlət Neft Fondunun yaydığı məlumatda bildirilir ki,  2022-ci ilin yanvar-aprel dövründə AÇG yatağı üzrə 2 milyard 898 milyon ABŞ dolları, Şahdəniz yatağı (qaz və kondensat) üzrə 405 milyon 475 min ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 96 milyon 995 min  ABŞ dolları olub.
Ötən ilin ilk 4 ayında AÇG yatağı üzrə gəlirlər 1 milyard 437 milyon ABŞ dolları təşkil etmişdi. Beləliklə, Neft Fondunun Azəri-Çıraq-Günəşli üzrə gəlirləri 2 dəfə artıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.