Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyənin Azərbaycana ixracı apreldə 11 % artıb

Baxış: 355
Bu ilin aprel ayında Türkiyənin Azərbaycana ixracının dəyəri 208,7 milyon ABŞ dolları təşkil edib.
“Sahibkartv.az” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,3% çoxdur.
Yanvar-aprel aylarında isə Azərbaycan qonşu ölkədən 695,7 milyon dollarlıq əmtəə və xidmət idxal edib. Bu isə illik müqayisədə 6 çoxdur.
4 ay ərzində Türkiyədən ən çox ixrac 6 699 milyon dollar olmaqla Almaniyaya (17,1 % çox), 4 990 milyon dollar olmaqla ABŞ-a (34,1% çox) və 4 163 milyon dollar olmaqla Böyük Britaniyaya (12,4% çox) həyata keçirilib. Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 23 % artaraq 76 261 milyon dollara çatıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.