Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızıl yenə bahalaşıb

Baxış: 254
ABŞ-da faiz dərəcəsinin 75 bənd artırılmayacağı barədə Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauelin açıqlaması qızıl bazarını hərəkətə gətirib.
“Sahibkartv.az” xəbər verir ki, Nyu-Yorkdakı “Comex” birjasında hərrac zamanı qızılın iyun fyüçersi 1,72 faiz bahalaşaraq 1901,06 USD/OZ qiymətindən satılıb. Gümüşün də iyul fyüçersi 3,66 faiz bahalaşaraq 23,218 USD/OZ-dan satılıb.
Qeyd edək ki, ekspertlərin qənaətincə, qızıl bazarındakı qiymətləri tənzimləyən əsas amil məhz faiz dərəcəsinin 75 bənd arta biləcəyi gözləntiləri olub. Ötən gün FED tərəfindən təməl illik faiz dərəcəsini 0,75-1 faizədək artırması əksər ekspertlərin proqnozları ilə üst-üstə düşüb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.