Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə yük daşımalarının vaxtı azalacaq

Baxış: 220
Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə yük daşımaları üçün tələb olunan vaxt 4saat azalacaq.
“Sahibkartv.az”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın dəmir yollarının modernləşdirilməsi layihəsinin tərəfdaşlarından biri olan Asiya İnkişaf Bankının (ADB) 2021-ci il üzrə hesabatında bildirilib.
Sənədə əsasən, layihənin reallaşdırılması ilə yük qatarlarının Azərbaycan sərhədindən Batumi limanına çatması üçün tələb olunan orta vaxt 4 saat azalacaq.
Ötən il “Gürcüstan dəmir yolları” SC ilk dəfə olaraq London Fond Birjasında “yaşıl” istiqrazlar yerləşdirib və cəlb olunan vəsaitlərin həcmi 500 milyon ABŞ dolları təşkil edib. ADB 50 milyon ABŞ dolları ayırmaqla sövdələşmənin əsas tərəfdaşlarından biri kimi çıxış edib.
Gürcüstan dəmir yolları şəbəkəsinin modernləşdirilməsi nəticəsində illik yük daşımalarının həcmi 2024-cü ildə 27 milyon tondan (2020-ci ildə) 48 milyon tona qədər artacaq.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.