Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Energetika Nazirliyinin büdcəsi artırılıb

Baxış: 586
2021-ci ildə Energetika Nazirliyinin gəlirləri 9,473 milyon manat təşkil edib.
“Sahibkartv.az” nazirliyə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 14% çoxdur.
Energetika Nazirliyinin ötənilki gəlirlərinin demək olar ki, hamısı - 9,472 milyon manat qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 17% çoxdur. Hesabat dövründə nazirlik birja əməliyyatlarından isə cəmi 2 min manat (45,9%) gəlir əldə edib.
2021-ci ildə Energetika Nazirliyinin xərcləri isə 17,5% artaraq 9,786 milyon manat, o cümlədən əmək haqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 12,2 % artaraq 4,777 milyon manat, sərf etdiyi materialların dəyəri ilk dəfə 117 min manat, amortizasiya xərcləri 10,9 % azalaraq 278 min manat, sair əməliyyat xərcləri isə 25,5% artaraq 4,614 milyon manat olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.