Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çində tələblə bağlı narahatlıq nefti ucuzlaşdırıb

Baxış: 276
Dünya bazarlarında neftin qiyməti 1%-dən çox düşüb. Çində tələblə bağlı vəziyyət investorları narahat etməkdə davam edir.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 1,4% ucuzlaşaraq, 1 bareli 103,48 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 1,3% düşərək, 1 bareli 100,69 ABŞ dolları təşkil edib.
Neftin qiyməti Çindəki vəziyyətdən asılı olaraq qalır. Belə ki, dünyanın ən böyük "qara qızıl" istehlakçısı olan Çində COVID-19 əleyhinə məhdudiyyətlərin qalması treyderlərin tələblə bağlı narahatlığını saxlayır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.